Rafinya cari mövsümün əvvəlində "Barselona"dan ayrılmağa yaxın olub.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu Kataloniya təmsilçisində qalmağını belə izah edib:
"Kopa Amerikadan sonra "Barselona" klubundan ayrılmağı düşünürdüm. Hansi Flik mənə zəng edənə qədər mental olaraq özümü yaxşı hiss etmirdim. Hər gün xəbərlər yayılırdı ki, məni bu komanda transfer edir, o komanda transfer edir. İşlər yolunda getmirdi, gözlədiyimdən çox pis mövsüm keçirmişdim. Gedişimlə bağlı xəbərlər yayılmağa davam edirdi, insanlar da məndən ayrılmağım barədə soruşurdular. Əslində getməyi düşündüm.
Amma Hansi Flik mənə zəng elədi və dedi ki, qərar verməzdən əvvəl məşqə gəl. Çünki mənimlə danışmaq və komandaya daxil etmək istəyirdi. Bu, qalmağımda böyük rol oynadı. Həyat yoldaşıma dedim ki, bu adam ədalətlidirsə və mənim məşqdə əlimdən gələni etdiyimi görəcəksə, 1 həftədə məni komandasında saxlamağa inandıracam və peşman olmayacaq. Elə də oldu. Məncə, düz etdim".
Qeyd edək ki, Rafinya cari mövsüm klub və milli komandalarda bütün turnirlər üzrə 50 qol və assist göstəricisinə çatıb.