"Rəqibi təbrik edirəm. Onların bəxti gətirdi. Bəxt amli bizim də işimizə yarayardı".

Offsideplus.az xəbər verir ki, bu sözləri Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone dünən İspaniya La Liqasında "Barselona" ilə oyundan (2:4) sonra deyib.

Argentinalı çalışdırıcı qələbəni hansı səbəbdən əldən verdiklərini açıqlayıb: "Düşünmürəm ki, bizdə yorğunluq əlaməti var idi, əvəzetmələr sayəsində enerjimizi bərpa etmişdik. Çətin ki, 2:0 hesabı dəyişməz qalardı. Rəqib ələ düşən imkanlardan yararlandı, fərqi azaltdı. Bu, "Barselona" kimi komandalar üçün əlavə təkan, inam hissinin artması deməkdir".

Qeyd edək ki, "Atletiko" öz meydançasında 2:0 hesabı ilə qalib gəlsə də, 26 dəqiqəyə 4 top buraxaraq məğlubiyyətə düçar olub. 

"Barselona" "Atletiko"nu topla "döydü" - VİDEO