"Atletiko" ötən gecə evində La Liqanın lideri "Barselona"ya 2:4 hesabıyla məğlub olub.
Offsideplus.az xəbər verir ki, Madrid klubunun görüşdə 2-ci qolunu norveçli Aleksandr Sörlot vurub. 29 yaşlı hücumçu "Barselona" ilə oyunlarda yenə öz adını tabloya yazdırmağı bacarıb. O, "blauqrana"ya qarşı 8 oyunda 9 dəfə (qol+məhsuldar ötürmə) fərqlənməyi bacarıb.
Sörlot ötən ilin yayında "Atletiko"ya transfer olub. O, 2023/24 mövsümündə "Vilyarreal"da çıxış edərkən 23 qolla Artyom Dovbikin ardından La Liqada ən məhsuldar 2-ci oyunçu olub.