"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın qapıçısı Voytsex Şensnının gələcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, alman çalışdırıcı futbolçudan razı qaldığını söyləsə də, onunla müqavilə müddətinin uzadılıb-uzadılmayacağı haqda konkret söz deməyib.
"Mən futbolçulara təkliflər etmirəm, bu, Deku və klub rəhbərliyində yer alan digərlərinin işidir. Bütün diqqətimi komandadakı futbolçualara yönəltmişəm. Əlbəttə, biz Şensnıdan razıyıq, ancaq onun məsələsini idman direktoru Deku həll edir" - deyə Flik bildirib.
Qeyd edək ki, polşalı futbolçu ötən ilin avqustunda "Yuventus"dan ayrıldıqdan sonra karyerasını bitirdiyni açıqlamışdı. Amma əsas qapıçı Ter Ştegenin zədələnməsinə görə ona təcili əvəzləyici axtaran "Barselona" rəhbərliyi oktyabrda Şensnını futbola qayıtmağa razı salmışdı. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.