İspaniya La Liqasında "Osasuna" ilə görüşdə meydançadan qovulan "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qərara əsasən, Bellinqem "kral klubu"nun "Jirona" ilə ev və "Betis"lə səfər matçlarını buraxmalıdır.

Ancaq "Real" rəhbərliyi qərarla razı deyil. İngilis futbolçunun qarşılaşmanın baş hakimini söymədiyini iddia edən Madrid təmsilçisi apellyasiya verəcək.