“Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyo bu gün Madridə yollanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.
“Kral klubu”nun sabah onu ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də Madrid “Real”ını çalışdırıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu, ölkə kuboku və Super kubokunu qazanıb.


