"Real Madrid" klubunda Florentino Perez prezident seçkisini qazansa, top səviyyədə futbolçu üçün 150 milyon avro təklif edəcəyini söyləmişdi. 

Offsideplus.az xəbər verir ki, həmin oyunçunun kimliyi bu gün bəlli olacaq. Bu ana qədər naməlum futbolçunun kimliyi barədə bir sıra variantlar var. 

Jurnalist Xose Luis Sançes sözügedən transfer barədə bu sözləri deyib: "Sizə deyirəm, 150 milyon avroluq futbolçu BOMBADIR. Çox gözlənilməz idi. Mənə onun adını deyəndə şoka düşüb, donub qaldım". 

Sözügedən oyunçunun "Bavariya"dan Maykl Olise və ya "Atletiko"dan Xulian Alvarez olduğu bildirilir. Münhen təmsilçisi Olise üçün daha çox məbləğ istədiyi halda, "Atletiko" Alvarezi 150 milyon avroya satmağa razılıq verə bilər.