“Barselona”nın baş məşqçisi Hansi Flik həmkarı Xabi Alonsonun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis bu qərarın futbola xas olduğunu bildirib:
“Bu, futboldur və bu, mənim işim deyil. Deyə biləcəyim odur ki, Xabi ilə yaxşı münasibətimiz var. "Leverkuzen" dövründə tanış olmuşuq və əlaqəni saxlamışıq.”
Flik Alonsoya dəstəyini də ifadə edib:
“Ona ən yaxşısını arzulayıram. Əminəm ki, tezliklə özü və məşqçilər heyəti üçün çox yaxşı bir layihə tapacaq.”
Baş məşqçi sonda ispaniyalı mütəxəssisin gələcəyinə inandığını vurğulayıb:
“Bu, futboldur və yolumuza davam etməliyik. Amma Xabi əla məşqçidir və onu qarşıda parlaq gələcək gözləyir.”



