Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü oyununda "Xəzri"ni məğlub edən "Sabah" çempion olub.

İkinci yerin sahibi olan Bakı təmsilçisinjn də cari mövsüm uğurları az deyil. Hələ bir yaşı tamam olmayan "şimal küləyi" Azərbaycan basketbolunda özünə yer ayırmağı bacarıb. Murat Dikmenin çalışdırdığı komanda Azərbaycan Kubokunda finala yüksəlsə də, həlledici oyunda "Neftçi"yə məğlub olaraq, gümüş medalla kifayətləndi. 

"Xəzri" kubok arzusunu bu dəfə Azərbaycan Basketbol Liqasında gerçəkləşdirmək istədi. Lakin "Sabah"ın bugünkü matçda qələbəsi ilə nağıl kimi keçən mövsüm ikinci pillə ilə yekunlaşdı.

2023-cü ilin sentyabrında qurulan və Amil Həmzəyevin kapitanlıq etdiyi komanda cari mövsüm gözlənilənlərdən artığına nail oldu. Kubok isə qaldı gələn bahara! 

GÜNAY XƏLİL