Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 2 təmsilçimiz meydana çıxıb. "Sabah" "Sent-Patriks"i, "Zirə" "Osiyek"i qəbul edib." Bayquşlar" rəqibə 0:1 hesabla (ümumi: 0:2) məğlub olaraq Konfrans Liqasında mübarizəni dayandırıb. 

"Zirə" səfərdən heç-heçə ilə dönmüşdü. "Qartallar" doğma meydanda penaltilər seriyasında qalib gələrək pley-offa yüksəlib. Bakı klubu növbəti turda "Omoniya" ilə qarşılaşacaq. 

Konfrans Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunları

15 avqust

20:00. “Sabah” – “Sent-Patriks” 0:1

Baş hakim: Marsel Birsan

Baş hakimin köməkçiləri: Radu Qinquleas, Adrian Vorniku

Dördüncü hakim: Andrei Antonie

VAR hakimləri: Radu Petresku, Rares Vidikan

(Hakimlər briqadası Rumıniyadandır)

“Bank Respublika Arena.”

İlk oyun – 0:1

20:30. “Zirə” – “Osiyek” 2:2

Penaltilər seriyası: 2:1

Baş hakim: Yulian Veinberqer

Baş hakimin köməkçiləri: Maximilian Kolbitş, Andreas Vitsçniqq

Dördüncü hakim: Stefan Ebner

VAR hakimləri: Valter Altmann, Andreas Heyss

(Hakimlər briqadası Avstriyadandır)

“Liv Bona Dea Arena”.

İlk oyun – 1:1.