Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Sabah" İsrail klubu "Makkabi" (Hayfa) ilə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların 6:3 hesablı qələbəsi ilə başa çatdı. Lakin penaltilər seriyasında qalib gələn (4:2) "bayquşlar" növbəti mərhələyə adladı.
Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Oyunun başlamasına dəqiqələr qalsa da, arenanın girişində 1000-ə yaxın azarkeş stadiona girməyə can atırdı.
* Qarşılaşmanın 15-ci dəqiqəsində "Makkabi" azarkeşləri tribunada öz yerlərini aldılar. Bu zaman yerli tərəfdarlarla aralarında mübahisə yaşandı. Polisin müdaxiləsindən sonra ara sakitləşdi.
* Görüşün 23-cü dəqiqəsində zədələnən Ayaz Quliyevi Elvin Camalov əvəzlədi.
* Qarşılaşmanın 64-cü dəqiqəsində Qadi Kinda zədələndi. Oyun dayanan kimi Yusif İmanov həkimlərdən öncə afrikalının yanına gələrək onunla maraqlandı.
* Matçın sonlarından stadionun diktoru qonaq komandanın azarkeşlərindən oyun bitdikdən 20 dəqiqə sonra arenanı tərk etmələrini xahiş etdi.
* Coy-Lens Mikelsin qolundan öncə azarkeşlərdən biri "Xəyal, ortada oynama! Sola keç!" dedi. Yarımmüdafiəçi bu mövqeyə keçən kimi məhsuldar ötürmə etdi.
* Matçın 105+3-cü dəqiqəsində Roey Elimelek Xəyala qarşı sərt oynadı. Bundan sonra futbolçular arasında dava baş tutdu. Fürsətdən istifadə edən Krunoslav Renduliç oyunçularına tapşırıqlarını verirdi.
* Azərbaycan futbolu tarixində ilk dəfə klubumuz avrokuboklarda penaltilər seriyasında qələbə qazanaraq mərhələ adlamağı bacardı.