Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Sumqayıt" "Fehervar"a uduzdu - 1:2.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Tamaş Petonun mətbuat konfransı keçirildi. Mütəxəssis qələbəni belə şərh etdi:

"Rahat qələbə qazanmadıq. Uçuşumuz bir qədər təxirə salındı. Buna görə də komandada yorğunluq var idi. İlk 20 dəqiqə yaxşı oyun sərgiləmədik. Bundan sonra matça daha ciddi yanaşdıq. Oyunçularımız toparlandı. Qırmızı vərəqədən sonra daha üstün oyun sərgilədik. Buna görə də qələbə qazandıq. Düzdür, çoxlu imkanlarımız oldu. İlk hissədə əlverişli vəziyyətlərdən yararlana bilmədik. Buna baxmayaraq, layiqli qələbə qazandıq"