Bu gün Konfrans Liqasının pley-off mərhələsi üçün keçiriləcək püşkatma zamanı "Qarabağ"ın  rəqibi də məlum olub.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayıb. 

 Püşk Ağdam təmsilçisinə Belçika "Gent"ini rəqib edib.  

"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)

Qeyd edək ki, pley-off mərhələsində ilk oyunlar 2023-cü ilin fevralın 16-da, cavab oyunları isə fevralın 23-də oynanılacaq.