Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Rapid" - "Neftçi" matçının bilet qiymətləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, oyunun biletləri A kateqoriyasında böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır. B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur.

Qeyd edək ki, "Rapid" - "Neftçi" görüşü avqustun 11-i Avstriyada keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 4-ü Bakıda olacaq.