Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək FK “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.
Məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Qarşılaşma iyulun 24-də Monteneqronun Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.



