Bu gün "Sabah", "Zirə" və "Araz-Naxçıvan" klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində potensial rəqibləri bilinib.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi saat 16-da başlanıb.
Komandalarımız "Sabah", "Zirə" və "Araz-Naxçıvan" Konfrans Liqasında ikinci mərhələni keçəcəyi təqdirdə, növbəti mərhələdə aşağıdakı rəqiblərlə qarşılaşacaqlar.
"Araz-Naxçıvan" "Aris" səddini keçərsə, növbəti rəqib bu komanda olacaq:
“Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) cütünün qalibi
"Sabah" "Petrokub"u mübarizədən kənarlaşdırarsa, ciddi rəqiblə üzləşəcək:
“Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu (Avropa Liqasının ikinci təsnifat mərhələsində)
"Zirə"nin potensial rəqibi:
“Atlètic Club d’Escaldes” (Andorra) – “Dinamo City” (Albaniya) cütünün qalibi



