“Bazel”in yarımmüdafiəçisi Fabian Frey Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la oyunu dəyərləndirib.

Offsideplus.az-ın məlumatına görə, İsveçrə millisinin futbolçusu 3:0 hesablı qələbədən məmnun qaldıqlarını söyləyib:

“Layiqli qələbə qazandıq, nəticədən də razıyıq. “Qarabağ”la matçda qələbəni bir qədəh şərab və ya pivə ilə qeyd etdik. Ancaq bunu böyük bayram kimi qeyd etməyə ehtiyac yoxdur. Çünki bazar günü ölkə çempionatında “Servett”lə vacib matçımız olacaq. Hamımız bu görüşün məsuliyyətini dərk edirik. Buna görə də “Qarabağ” üzərində zəfəri böyük şənliyə çevirməyəcəyik”.