Premyer Liqada bu mövsüm ikinciliyi təmin edərək, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Sabah" cəbhəsində Avropa macərasına hazırlıq görülür.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, artıq Masazır təmsilçisinin futbolçularına mükafat vəd olunub.

Belə ki, "bayquşlar" UEFA Avropa Konfrans Liqasında mərhələ keçəcəyi təqdirdə, əsas heyət üzvlərinin hər birinə 15 min manat məbləğində "premya" veriləcək. Komandanın digər üzvlərinə isə bu məbləğin 50 faizi təqdim olunacaq.

Qeyd edək ki, iyunun 20-də Konfrans Liqasının I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Murad Musayevin komandası ilk oyununu iyulun 27-də, cavab matçını isə avqustun 3-də keçirəcək.

Offsideplus.az