Avstriyanın "Rapid" (Vyana) klubunun 3 futbolçusu - Ferdi Dröyf, Yusuf Demir və Roman Kerşbaum sıralara dönüb.
Offsideplus.az xəbər verir ki, bu barədə Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer məlumat verib.
O bildirib ki, evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında hər 3 futbolçunun xidmətindən istifadə edə bilər.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Bakıdakı ilk qarşılaşmada "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.