"Marsel" klubunun futbolçusu Matteo Genduzi "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Vacinin qol epizodu barədə bunları deyib: "Hakim isə bunu görmədiyini bildirdi. "Qarabağ"ın oyunçuları ilə mübahisələrimiz oldu. Sonra rəqibin baş məşqçisi və kapitanı qolun ləğv edilməsini istədi".
Genduzi mərhələni keçdikləri üçün sevindiyini söyləyib: "Rəqib çox güclü oynadı. Bu görüşlərə çox yaxşı hazırlaşmışdıq. Bizim üçün əsas nəticə idi. Qapıda qol görməmək də böyük uğurdur. "Qarabağ" çox yaxşı oyun sərgilədi, bizim üçün əsas məsələ mərhələ adlamaq idi. Bunu da bacarıdığımız üçün şadıq".