Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, qurum II Liqanın 2-ci turu ilə bağlı aşağıdakı qərarları qəbul edib:

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Lerik” – “Sheki City” oyununun 67-ci dəqiqəsində “Lerik” komandasının 11 nömrəli futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Lerik” komandası 50 manat cərimə edilir (maddə 36.5);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Lerik” – “Sheki City” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” komandası 50 manat cərimə edilir (maddə 70.1);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Füzuli” – “Qusar” oyununun 74-cü dəqiqəsində “Qusar” komandasının 11 nömrəli futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qusar” komandası 50 manat cərimə edilir (maddə 36.5);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şimal” – “Ağdaş” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilir (maddə 37);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyunu bitdikdən sonra “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 52.1);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilir (maddə 52.2);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyununun 60-cı dəqiqəsində “Hypers Guba” komandasının 44 nömrəli futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Hypers Guba” komandası 80 manat cərimə edilir (maddə 41);

 

8 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Şəmkir” – “Hypers Guba” oyununun 75-ci dəqiqəsində “Hypers Guba” komandasının 77 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, “Hypers Guba” komandası 350 manat cərimə edilir (maddə 43.5);

 

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Saatlı-Araz” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Saatlı-Araz” komandası 80 manat cərimə edilir (maddə 51.2);

 

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Saatlı-Araz” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);

 

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Saatlı-Araz” – “Göygöl” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Göygöl” komandası 50 manat cərimə edilir (maddə 36.5);

 

9 sentyabr 2024-cü il tarixində II Liqanın II turunun “Kür-Araz” – “Şahdağ Qusar” oyunu “Kür-Araz” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 150 manat cərimə edilir (maddə 60.4);