9 qat dünya çempionu, Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayevin Türkiyənin Antalya şəhərində bıçaqlanmasının təfərrüatları bəlli olub.
Offsideplus.az Oxu.Az-a istinadən xəbər verir ki, Antalya şəhərində keçirilən İFMA dünya çempionatına federasiya prezidenti A.Musayevin rəhbərliyi altında Azərbaycandan 14 nəfərlik heyət qatılıb.
Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb, küçədə yenidən dalaşmağa başlayıblar.
Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hazırda Araz Musayevin səhhəti stabil ağır qiymətləndirilir.