Avstriyanın cüdo millisi Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, onlar paytaxtımızdakı yarışda 10 idmançı ilə təmsil olunacaqlar.

Komandanın heyətində Markus Auer (60 kq), Maqomed Borçaşvili, Bernd Faşinq (hər ikisi 81 kq), Loran Boler (100 kq), Stefan Heqyi, Mövli Borçaşvili (hər ikisi +100 kq), Jaklin Şpringer (hər ikisi 48 kq), Laura Kallinqer (57 kq), Lyubjana Provesana (63 kq), Elena Denq və Mariya Holvart (hər ikisi +78 kq) yer alıblar.