Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo yığmasının təlim-məşq toplanışı keçirilir.

Offsideplus.az xəbər verir ki, hazırlıqda 30-a yaxın idmançı iştirak edir.

Tolanış iyunun 27-30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Komandamız bundan əvvəl Türkiyə, Almaniya, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edir.

Qeyd edək ki, hazırlığa iyunun 22-də yekun vurulacaq.