Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət yığmasının Avropa çempionatının II təsnifat mərhələsində qarşılaşacağı komandalar məlum olub.
Offsideplus.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, millimiz martın 27-dən 29-dək İspaniyada təşkil olunacaq C qrupunda mübarizə aparacaq.
Şahin Çatmanın baş məşqçisi olduğu komandamız qrupda ev sahibi İspaniya ilə yanaşı, Estoniya və Niderland seçmələri ilə üz-üzə gələcək. Təmsilçimiz turnirə martın 27-də İspaniya ilə oyunla başlayacaq, növbəti günlərdə isə ardıcıllıqla Niderland və Estoniya ilə qarşılaşacaq.
Xatırladaq ki, bu mərhələdə 20 ölkə 5 qrupda gücünü sınayır və yalnız qrup liderləri AVRO-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər.
C qrupunun təqvimi:
27 mart
20:00. Estoniya – Niderland
22:30. İspaniya – Azərbaycan
28 mart
20:00. Niderland – Azərbaycan
22:30. Estoniya – İspaniya
29 mart
20:00. Azərbaycan – Estoniya
22:30. Niderland – İspaniya



