Almaniyalı əfsanəvi futbolçu Toni Kroos yenidən "Real Madrid"ə qayıda bilər.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" sabiq yarımmüdafiəçiyə idman strukturunda vəzifə verməyi planlaşdırır. Madrid təmsilçisinin rəhbərliyi, xüsusilə də prezident Florentino Peres almaniyalının təcrübəsinin klubun inkişafına böyük töhfə verəcəyinə əmindir.
Qeyd edək ki, 2014-2024-cü illərdə "Real Madird" formasını geyinən Kroos, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının və 4 dəfə İspaniya La Liqasının qalibi olub.


