"Bornmut"un futbolçusu Markos Senesi bu yay komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, onun klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
Onun İngiltərədə qalacağı gözlənilir. "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" argentinalı müdafiəçi ilə maraqlanır.
Bu barədə "Relevo" portalı məlumat yayıb.
Senesi cari mövsüm Premyer Liqada 31 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə çıxış edib.


