İtaliyada baş tutan Milan-Kortina Qış Olimpiya Oyunları Veronadakı tarixi antik arenada keçirilən möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, 6-22 fevral arasında davam edən turnir həm idman həyəcanı, həm də rəngarəng mədəni proqramı ilə yadda qalıb.

Olimpiadanın ümumi nəticələrinə əsasən, Norveç komandası 18 qızıl medalla zirvədə qərarlaşıb. İlk üçlük belədir:

Norveç: 41 medal (18 qızıl, 12 gümüş, 11 bürünc)

ABŞ: 33 medal (12 qızıl, 12 gümüş, 9 bürünc)

Niderland: 20 medal (10 qızıl, 7 gümüş, 3 bürünc)

Azərbaycan bu mötəbər yarışda iki idmançı ilə təmsil olunub:

Anastasiya Papatoma (Slalom): 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.

Vladimir Litvintsev (Fiqurlu konkisürmə): Qısa proqramdakı çıxışı ilə 29-cu yeri tutub.

Qeyd: Qış Olimpiya estafeti artıq Fransaya ötürülüb. Növbəti oyunlar 2030-cu ildə bu ölkədə təşkil olunacaq.