Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında çempion müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.
O, finalda Ayan Allahverdiyevanı tay-brekdə məğlub edərək bunu bacarıb - 1,5:0,5.
Üçüncü yer uğrunda görüşdə isə Gülnar Məmmədova Türkan Məmmədyarovadan güclü olub - 1,5:0,5.
Beləliklə, Azərbaycan çempionatında kişilərdə Məhəmməd Muradlı, qadınlarda isə Ü. Fətəliyeva çempionluq sevinci yaşayıb.


