Azərbaycan I Liqasının XXXVI turu çərçivəsində "Qəbələ" "Zaqatalanın 4:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra Kaxaber Sxadadzenin komandasına kubok təqdim olunub. 

Qeyd edək ki, I Liqada çempionluğu təmin edən "qırmızı-qaralar" 2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək. Ölkə çempionatına vəsiqəni təmin edən digər komandalar isə "İmişli" və "Karvan"dır.