Bu gün futbol üzrə I Liqada XXIV turun ounları start götürüb.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında çempinatın debütantları "Cəbrayıl " və "Baku Sporting" aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
FIFA referisi Əliyar Ağaevin idaər etdiyi matç "Cəbrayıl"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Bu, "Baku Sporting"in ardıcıl 5-ci məğlubiyyəti olub. "Qara zolaq"dan çıxa bilməyən pataxt təmsilçisi son 7 turda cəmi 2 xal qazanıb.
Bu nəticədən sonra "Baku Sporting" 26 xalla 6-cı, "Cəbrayıl" isə 25 xalla 7-ci pillədə qərarlaşıb.