Futbol üzrə Azərbaycan çepionatının I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun qələbə həsrətinə son qoyulub.
Offsideplus.az xəbər verir ki, Mingəçevir təmsilçisi 5 aylıq fasilədən sonra ölkə çempionatında qalibiyyət əldə edib.
Səfərdə "Baku Sportinq"i minimal hesabla üstələyən komanda cari mövsümdə sayca ikinci qələbəsini qazanıb. Buna qədər ilk və yeganə uğur I Liqanın startında - ötən ilin sentybarın 13-də qeydə alınmış Həmin vaxt "Mingəçevir" yenə səfərdə MOİK-ə qalib gəlmişdi (2:1).
Bu gün I Liqanın XV turu çərçivəsində keçirilən digər görüşdə isə "Difai" "Qaradağ-Lökbatan"ı 2:1 hesabı ilə məğlub edib.
Hazırda çempionatın lideri 39 xalla "Qəbələ"dir. Turnirin aşağı pillələrində isə I Liqada qalmaq uğrunda gərgin mübarizə gedir: "Difai" 13 xal, "Qaradağ-Lökbatan" 12 xal, "Mingəçevir" 11 xal.