Bu gün futbol üzrə Azərbaycan çempionatında XV tur start götürüb.
Offsideplus.az xəbər verir ki, günün ən gözlənilməz nəticəsi "Cəbrayıl" və "Karvan" arasında görüşdə qeydə alınıb. İkinci pillədə qərarlaşan Yevlax təmsilçisi qələbəni son saniyələrdə əldən buraxılıb.
Lider "Qəbələ" asanlıqla növbəti 3 xalı aktivinə yazdırıb. "İmişli" isə doğma azarkeşlər önündə "Zaqatala"dan üstün olub.
MOİK - "Qəbələ" 0:4
"Cəbrayıl" - "Karvan" 1:1
"İmişli" - "Zaqatala" 1:0