Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda əsasən I Liqanın XIV turunda “İmişli” və “Qəbələ” arasında oyunda baş verən xoşagəlməz hallar müzakirəyə çıxarılıb. 

Həmin qarşılaşmanın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Ancaq bu, cari mövsümdə ilk dəfə yaşandığına görə İntizam Komitəsi xəbərdarlıqla kifayətlənib.
Əvəzində, “Qəbələ”nin məşqçisi Amil Ağacanov cəzadan yaxasını qurtara bilməyib O, qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 100 manat cərimələnib.
Həmçinin, iclasda “Zaqatala” - “Difai” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə alması nəzərdən qaçmayıb. Nəticədə “Difai” 70 manat cərimə ödəməli olacaq.
Xatırladaq ki, "İmişli" və "Qəbələ" arasında baş tutan prinsipial görüş qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib. 
edilsin (maddə 37).