"Hazırlıqlarımız həmişə olduğu kimi davam edir. Rəqiblə evdə qarşılaşacağıq və hədəfimiz 3 xal qazanmaqdır".

Bu sözləri Offsideplus.az - a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov I Liqanın V turu çərçivəsində baş tutacaq "İmişli" ilə oyun barəsində danışarkən bildirdi.

4 oyundur ki, məğlubiyyətlə üzləşməyən bölgə təmsilçisinin çalışdırıcısı uğurlu çıxışın davamı üçün meydanda "can qoyacaqları"nı qeyd etdi:

"Sona qədər mübarizə aparacağıq. Qələbə qazanıb zirvədəki mövqeyimizi qorumağa çalışacağıq. Uğurlu seriyanı davam etdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".