Bu gün I Liqada 2024/25 mövsümünə start veriləcək.

Offsideplus.az xəbər verir ki, PFL ilk turun təyinatlarını açıqlayıb. 

"Karvan" - "Qaradağ Lökbatan" matçını Rövşən Rəcəbov, "İmişli" - "Baku Sportinq" görüşünü isə Namiq Bəkirov idarə edəcək.

11 sentyabr (çərşənbə)

“Karvan” – “Qaradağ Lökbatan”

Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Yevlax şəhər stadionu, 17:00

12 sentyabr (cümə axşamı)

“Difai” – “Cəbrayıl”

Hakimlər: İslam Məmmədov, Mirnihat Seyidov, Orxan İbişov, Nazim Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Şamaxı OİK stadionu, 16:30

“İmişli” – “Baku Sportinq”

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu, 18:00

13 sentyabr (cümə)

MOİK – “Mingəçevir”

Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Nəriman Axundov

Lökbatan OİK stadionu, 17:00

“Qəbələ” – “Zaqatala”

Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Əliyev