"Qəbələ" ukraynalı müdafiəçi Zurab Oçiqava ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin iyul ayından "Qəbələ"də forma geyinən Zurab, bu müddət ərzində 24 oyunda iştirak edib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda isə 3 matçda meydanda olub.