I Liqa klublarından bəzilərinin yeni mövsüm planları bəllidir.

Baş məşqçi gətirənlər kim, heyətini gücləndirənlər kim. "Karvan"dan isə hələ də səs-soraq yoxdur. Görəsən, klub yeni mövsümün hazırlıqlarına nə vaxt başlayacaq? Sualımızı "ağ-qaralar"ın baş məşqçisi Kənan Kərimova ünvanladıq. Çalışdırıcı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Bu ayın 8-i, Yevlax şəhərində toplanışımıza start verəcəyik. Komandaya qoşulan və gedən oyunçular var. Yeni və güclü heyət qururuq. İstəyirik ki, bu il çempionatda iddialı olaq və yaxşı yerlər tutaq. Tək məqsədimiz odur ki, yaxşı kollektiv yaradaq və çempionatı müsbət nəticə ilə başa vuraq."