Türkiyənin "Beşiktaş" klubunun üzvlərində koronavirus aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun tibb işləri üzrə rəhbəri Təkin Kərəm Ülkü məlumat verib. "Ağ-qaralar"ın rəsmi "Tvitter" hesabından edilən paylaşımda komandanın futbolçusu və işçi heyətindən bir nəfərdə COVİD-19 testinin nəticəsinin müsbət çıxdığı bildirilib.

Məsələ ilə bağlı dərhal müvafiq addımlar atılıb və müalicə prosesi başlanıb.