Almaniya millisinin idman direktoru Rudi Völler baş məşqçi Yulian Naqelsmannın Bundestimdən ayrılacağı təqdirdə onu kimin əvəz edə biləcəyi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Völler bildirib ki, əgər Naqelsmann gələcəkdə böyük bir Avropa və ya Almaniya klubuna keçmək qərarı versə, Yurgen Kloppun namizədliyi ciddi şəkildə nəzərdən keçiriləcək.

"Klopp uzun müddətdir Almaniyadan kənarda çalışır və onun karyerasına böyük hörmətlə yanaşıram. Onun peşəkar yolu heyrətamizdir," - deyə Völler qeyd edib.

Qeyd edək ki, hazırda Klopp heç bir klubda çalışmır. O, keçən yay "Liverpul"dan ayrılıb.