"Bayern"nin futbolçuları cari mövsümün uğurlu başlamasına baxmayaraq, komandanın baş məşqçisi Vinsent Kompaninin qərarlarından narazıdırlar.
Offsideplus.az xəbər verir ki, Kompaninin matçın başlamasına bir gün qalmış futbolçulara telefonla mesaj göndərərək start heyətini açıqlaması oyunçular arasında narazılıq doğurub. Eyni zamanda, futbolçular Kompaninin komanda rotasiyasına yanaşmasını həmişə başa düşmürlər. Məsələn, təcrübəli oyunçuların hansı səbəbdən ehtiyat skamyasında müəyyən matçlara başladığı onlara aydın deyil.
Qeyd edək ki, Vinsent Kompani 2024-cü ilin mayında "Bayern"ə baş məşqçi təyin olunub.