"Arsenal"ın cinah oyunçusu Bukayo Saka "Mançester Siti"yə qarşı çox müdafiə oynadığına dair "topçular"ın tənqidlərinə sərt cavab verib.
Offsideplus.az xəbər verir ki, o, sözlərinə belə başlayıb: “Düzünü desəm, buna əhəmiyyət vermirəm. Onların fikirləri marağımda deyil. Komandamız nəyə inandığını və nəyə nail olmaq istədiyini bilir. Əsl motivlərimizi yalnız biz bilirik. Keçən dəfə Etihada qələbə üçün getmişdik, bu gün də bunu təkrar edəcəyik”.
Qeyd edək ki, Premyer Liqada “Mançester Siti” ilə son oyun 0:0 hesabı ilə yekunlaşıb. Bu qarşılaşma ötən mövsümün 30-cu turunda baş tutub.