"CBSSports" telekanalında Keyt Abdo-Skottun aparıcılığı ilə yayımlanan verilişdə "Qarabağ" hansı ölkənin komandasıdır?" deyə daimi ekspertlərə sual ünvanlanıb. 

Offsideplus.az xəbər verir ki, Ceymi Karraqer "Qarabağ"ı tanımayıb və Gürcüstan komandası adlandırıb. Mayka Riçardsa ölkəni düzgün təxmin edib, daha sonra Tyerri Anri "Qarabağ"ın tarixi barədə məlumat verib:

"Bu arada onlar Bakıda, Azərbaycanın paytaxrında oynayırlar. Onlar 1993-cü ildə 1-ci Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşüblər".

Videonu təqdim edirik: