Bu gün Misli Premyer Liqasında VII tura son iki oyunla yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, "Səbail" "Sabah"la üz-üzə gələcək. Digər görüşdə isə "Sumqayıt" "Zirə"ni qəbul edəcək. 

Autsayderlər sırasında qərarlaşan "Səbail" vacib 3 xal üçün meydana çıxacaq. 11 xalla 4-cü sırada yer alan Masazır təmsilçisi isə daha yuxarı pillələr üçün qələbə qazanmağa çalışacaq.

Qonşu mövqelərdə olan "Sumqayıt" ilə "Zirə" qarşılaşmasında "kimyaçılar" xallarını 9-a çatdırmaqla 6-cı pillədə qərarlaşan qəsəbə təmsilçisinə çatmaq üçün mübarizə aparacaq. Avrokuboklarda uğurlu çıxışı ilə diqqət çəkən "Zirə" isə liderlərdən geri qalmamaq üçün qələbə qazanmaq niyyətindədir.

Misli Premyer Liqası

VII tur - 22 sentyabr

18:00. “Səbail” – “Sabah”

Baş hakim: Kamal Umudlu

ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”

Baş hakim İnqilab Məmmədov

Mehdi Hüseynzadə adına stadion