Fransanın "Marsel" klubunda forma geyinən Meyson Qrinvud klubunu dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu ilə üç aparıcı klub maraqlanır. Bu klublar arasında "Atletiko", "Bayern" və "Barselona" var.

Qrinvud bu yay transfer dönəmində "Mançester Yunayted"dən "Marsel"ə keçid edib və onunla 2029-cu ilin ortalarına qədər müqavilə imzalanıb.