Harri Keyn daha bir rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, hücumçu Bundesliqada ən çox qol vuran ingilis oyunçu adına yiyələnib.
"Bayern"nin forvardı bu uğuru Almaniya çempionatının 4-cü turunda "Verder"ə qarşı keçirilən oyunda (5:0) qazanıb. Oyun zamanı vurduğu qol Keynin Bundesliqadakı 41-ci qolu kimi yadda qalıb və bu nəticə ilə o, Ceydon Sançonu geridə qoyub. "Borussiya"nın futbolçusu 118 matçda 40 dəfə fərqlənmişdi, Keyn isə 36 oyunda 41 qola imza atıb.