"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Markus Reşfordun start heyətində olmaması ilə bağlı münaqişə iddialarına cavab verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı Markus Reşfordla aralarında münaqişə olduğunu və bu səbəbdən futbolçunun Premyer Liqanın 5-ci turunda "Kristal Pelas"a qarşı start heyətində yer almadığını iddia edən ekspertlərə cavab verib.
Ten Haq bu iddiaları təkzib edərək, bunları söyləyib: "Mən artıq bu tip fərziyyələri eşitmişəm. Bu, tamamilə absurd fikirlərdir. Vəziyyəti bilmədən belə iddialar irəli sürmək düzgün deyil, sadəcə spekulyasiyadır. Mən Markusun bütün səylərindən tam razıyam", - deyə o, ESPN-ə müsahibəsində bildirib.
Qeyd edək ki, Reşford həmin oyunda 61-ci dəqiqədə meydana daxil olub.