"Mançester Siti"nin futbolçularına həm İngiltərədən, həm də xarici klublardan artan maraq var.
Offsideplus.az xəbər verir ki, klublar "şəhərlilər"in maliyyə pozuntularına görə cəzalanacağı təqdirdə, oyunçuları transfer etmək üçün əlverişli mövqedə olacaqlarını ümid edirlər.
Xüsusilə, digər komandaların klubun hücumçusu Erlinq Haaland və cinah yarımmüdafiəçisi Filip Fodenə xüsusi maraq göstərdiyi vurğulanır.
Xatırladaq ki, daha öncə yayılan məlumatlara əsasən, "Mançester Siti" günahkar bilinərsə, klub Premyer Liqadan xaric edilə bilər.