"Qalatasaray"ın üzvü Mauro İkardi zədəsi barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Avropa Liqasında "Tottenhem"lə matçda çarpaz bağları qopan hücumçu ölkəsində əməliyyat olunmuşdu.

Hücumçu bərpa prosesi haqda bunları söyləyib:

"Mayda yaşıl meydanlara geri qayıdacam. Bunu azarkeşlərimizlə açıq şəkildə söyləyə bilərsiniz. Onlardan və komanda yoldaşlarımdan ötrü darıxdım. Mənim üçün mövsüm bitmədi. Cari "futbol ili"nin sonunda çempion olmaq və bu məsələdə komandama kömək etmək istəyirəm".