Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) öz rəsmi facebook səhifəsində paylaşım edib.

Beləliklə, Azərbaycanda Avrokubok matçları "CBC Sport"la yanaşı, İctimai TV-də də göstəriləcək.

Qeyd edək ki, "Qarabağ" klubu Avropa Liqasının Liqa mərhələsində mübarizə aparır.